Xəbər lenti

 

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilib.

Hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib.

Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. \\Teleqraf.com

 




Ana səhifəyə qayıt        Baxış: 460          Tarix: 3-12-2019, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma