Xəbər lenti

Saatlı rayonunda qatar avtomobillə toqquşub.

Hadisə bu gün səhər saatlarında dəmir yolunun Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində “VAZ-2106” markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində "VAZ 2106" markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./trend/




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 4-12-2019, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma