Xəbər lenti

 

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusunda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-dən Axar.az-a verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı öldürməsi barədə məlumat yayılıb.




Ana səhifəyə qayıt        Baxış: 332          Tarix: 21-12-2019, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma