Xəbər lenti

 

Astara rayonunda bir ailənin iki üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 654          Tarix: 14-01-2020, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma