Xəbər lenti

 

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.


Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub. 


Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş "Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib. 


Faktla bağlı araşdırmalar davam etdirilir. \\ Demokrat

 




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 21-01-2020, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma