Xəbər lenti

 

Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb”. 

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib.

İdarədən qeyd edilib ki, onun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub:

“Vətəndaş müvafiq olaraq, ərazi üzrə Polis Bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb”.

Qeyd edək ki, Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilovun yanvarın 30-da Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılması və bir sutkadan çox orada qalması barədə məlumat yayılmışdı. 




Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 1-02-2020, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma