Xəbər lenti

 Cəlilabad rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

ARB TV xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram tiryək aşkar olunaraq, götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib: "İran vətəndaşı Hafiz adlı şəxs mənə zəng vurub dedi ki, 2 kilo tiryək, 1 kilo heroin olan narkotik vasitəni götürüb mənim adamıma verəcəksən, oradan 1000 manat qazanacaqsan. Narkotik vasitəni götürəndən sonra polis əməkdaşları yaxınlaşıb məni tutdular".

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 13-06-2017, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma