Xəbər lenti

 Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

 1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub.

 Hadisə nəticəsində ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

 Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 14-06-2017, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma