Xəbər lenti

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Fikrət Fərəməzoğlu (İbişbəyli) barəsində hökm oxunub.

Məhkəmə onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib, azad edildikdən sonra iki il ərzində jurnalistika ilə məşğul olmasını qadağan edib.

Müdafiə tərəfi qərarla razı deyil və ondan şikayət vermək niyyətindədir.

Prokuror məhkəmədən Fərəməzoğlunun 8 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etmişdi.

Fərəməzoğlu 2016-cı il iyunun 30-da DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Polisin məlumatına görə, o, 3000 manat rüşvət alarkən cinayət başında yaxalanıb. (“Turan”)




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 14-06-2017, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma