Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05


Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***
Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub.

Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb.

Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.

***
Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb.

Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.

Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.

Tural Hüseynli









Ana səhifəyə qayıt        Baxış: 1 421          Tarix: 30-05-2020, 16:21      


Paylaş:   

Ən çox oxunanlar