Xəbər lenti
Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.



Ana səhifəyə qayıt        Baxış: 2 246          Tarix: 27-06-2020, 22:43      


Paylaş:   

Ən çox oxunanlar