Xəbər lenti

 

Bakıda 40 minlik avtomobilin üstünə benzin töküb yandırıblar.

Ovqat.com lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Süleymanov Kərəm Əhəd oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan "Hyundai Tucson" markalı avtomobil yandırılıb. Şikayətçinin sözlərinə görə, Orxan adlı şəxs onun Ə.Kərim küçəsində saxladığı avtomobili sübh tezdən - saat 05 radələrində üstünə benzin tökərək yandırıb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 18-06-2017, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma