Xəbər lenti


Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın cəsədi yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalından tapılıb.

“Report”un Avropa bürosunun Mexelen şəhər Polis İdarəsindən əldə etdiyi məlumata görə, mərhumun cəsədi təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada tapılıb. Məhkəmə tibbi ekspertizanın ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.

Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib.





Ana səhifəyə qayıt        Baxış: 2 191          Tarix: 18-01-2021, 18:15      


Paylaş: