Xəbər lenti
 Bakıda qoca qadın özünü şalı ilə asaraq intihar edib.
 Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 Belə ki, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində yaşayan 1948-ci il təvəllüdlü Budaqova Flora İsmayıl qızı özünü başındakı şal ilə yataq otağında asaraq öldürüb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. 
 Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.



Ana səhifəyə qayıt        Baxış: 1 247          Tarix: 15-07-2017, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma