Xəbər lenti

 

Bakıda naməlum avtomobil 7 yaşlı qızı vurub.

Ovqat.com lent.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonu V.Əliyev küçəsi 200 ünvanının qarşısında baş verib. Nömrəsi və markası məlum olmayan avtomobil 2010-ci il təvəllüdlü Fatimə Çələbiyevanı vuraraq uzaqlaşıb. Azyaşlı Travmatologiya xəstəxanasına yerləşdirilib.

Hazırda qəzanı törədən sürücünün və avtomobilinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.




Ana səhifəyə qayıt        Baxış: 928          Tarix: 23-07-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma