Xəbər lenti

 

Tovuz rayonunun Vahidli kəndində ilansancma hadisəsi baş verib.

Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü kənd sakini Quliyev Ceyhun Arif oğlu həyətyanı sahədə işləyən zaman ayağından ilan sancıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 28-07-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma