Xəbər lenti

 

Sürücü eyni qayda pozuntusuna görə bir gündə düz iki dəfə cərimə olunub.

Ovqat.com Xəzərxəbər.az-a istinadən  xəbər verir ki, onun barəsində iki fərqli nömrəli protokol tərtib edilib. Bəs bu nə dərəcə düzgündür belə olan halda sürücü nə etməlidir. Məsələyə dövlət yol polisi də münasibət bildirib.

Şəxsə bir gündə iki protokol yazıldı. Lerik rayon sakini Vüqar Həsənov, 2016-cı ilin 28 avqust tarixində yük avtomobili ilə Sumqayıt şəhər daş bazırına yollanarkən Ekologiya postunda saxlanılıb. Nəqliyyat vasitəsinin texniki baxış müddəti bitdiyi üçün sürücü cərimə olunub. Onun telefonuna cərimə olunduğu ilə bağlı sms-də gəlib. Axşam saatlarında sürücü, Vüqar Həsənova cərimə olunduğu ilə bağlı növbəti mesaj gəlib. O, bu pratakolun da texniki baxışa görə yazıldığını öyrənib.

Yazılan ikinci pratakolla razılaşmayan sürücü, məsələni araşdırmağa başlayıb. Bu ərəfədə isə hər iki cərimənin üzərinə dəbbə pulu gəlib. İndi Vüqar Həsənov hər biri 80 manat olmaqla 160 manat cərimə ödənişi etməlidir. Sürücü, ikinci pratakolun ləğv edilməsi müqabilində əsas cəriməni ödəməyə hazır olduğunu deyir.

Ekspertlər də şəxsin eyni gündə, eyni qayda pozuntusuna görə iki dəfə məsuliyyətə cəlb olunmasını qanuna zidd olduğunu deyir.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bunun sistemdə yaranan texniki səhvə görə baş verdiyini deyir. Sürücü, Vüqar Həsənova yazılan pratakol texniki nasazlıq səbəbindən sistemə 6 saatdan sonra oturub. Bu əsnada sürücü başqa bir polis tərəfindən saxlanılıb. Polis sistemə baxdıqda yazılan pratakolu görmədiyindən eyni xətaya görə yenidən pratakol tərtib edib. Artıq səhv aradan qaldırılıb və Vüqar Həsənovun adında olan ikinci pratakol ləğv edilib. Vaqif Əsədov, sürücünün 1 il əvvəl yazılan əsas cərməni hələ də ödəmədiyini deyir. əgər o cəriməni, ödəməsə yük maşını cərimə meydançasına aparılacaq və 6 ay müddətinə sürücül hüququ məhdudlaşdırılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 128          Tarix: 8-08-2017, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma