Xəbər lenti

 Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus “Mitsubişi Pajero” markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 8-08-2017, 10:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma