Xəbər lenti

 

Bakıda avtomobil sexi alışıb.

Ovqat.com ARB TV-yə istinadən xəbər verir ki, yanğın 9 qarajı əhatə edib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı tikintilərə keçməsinin qarşısı alınıb və alov söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da işçilərə məxsus sənədlər yanaraq kül olub. İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində yaranan qısaqapanma olub.




Ana səhifəyə qayıt        Baxış: 826          Tarix: 8-08-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma