Xəbər lenti

 

Hadisə Yeni Gəncə qəsəbəsində baş verib.

Ovqat.com ARB TV-yə istinadla xəbər verir ki, Nizami prospekti ilə şəhər istiqamətinə daxil olan sürücüsü Sərdar Məmmədov olan "Honda" markalı avtomobil adıçəkilən prospektlə 28 may küçəsində yol ayrıcındakı dairəyə çırpılıb. Qəza zamanı bıçaq yarası alan sürücü və onun baçısı Mehriban Məmmədova Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına aparılıb.

Qəzadan öncə bıçaq yarası alan Sərdar Məmmədov Məhsəti qəsəbəsində qohumu Azər Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb. Hadisə zamanı Azər Ələsgərov və qohumu Ramin Rəhimovda yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi aydınlaşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Gəncədə FİLM KİMİ HADİSƏ - Bıçaqlanan sürücü avtomobilini dairəyə çırpdı




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 21-08-2017, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma