Xəbər lenti

 

Gəncədə bıçaqlanma olub.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədov Zaur Vidadi oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir. Z. Məmmədovun sözlərinə görə, o münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 21-08-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma