Xəbər lenti

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 








Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 22-04-2017, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma