Xəbər lenti

 

Lənkəranda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Ovqat.com” “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralı yaxınlığında, şəhərin Fizuli küçəsinin döngəsində qeydə alınıb.

Belə ki, Tağıyev Ağamir Rəfi oğlu idarə etdiyi "VAZ-2106" markalı, 10 KM 453 dövlət seriya nişanlı avtomobillə şəxsiyyəti hələ müəyyənləşdirilməmiş orta yaşlı piyadanı vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 26-08-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma