Xəbər lenti

 Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

 APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədova polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. 




Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 28-08-2017, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma