Xəbər lenti

 

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 30-08-2017, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma