Xəbər lenti

 

Gədəbəydə qadın özünü güllələyib.

Ovqat.com xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat olunur. İlkin məlumata görə, 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünə atəş acıb.

S. Məmmədovanın ailəli olduğu, lakin övladı olmadığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 5-09-2017, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma