Xəbər lenti

 Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, üzərində "Çernaya smert" yazısı olan 300 qutu (hər birində 10 ədəd olmaqla) pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 7-09-2017, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma