Xəbər lenti

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, “Tok zavod” yaşayış massivi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb. 

Virtualaz.org bildirir ki, atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə, havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı “GurCel” MMC-yə məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xatırladaq ki, daha əvvəl virtualaz.org “Ceyranbatanda qaçqınları kimlər boğur, necə boğur…” sərlövhəli yazıda yuxarıda göstərilən sexin havanı zərərli tullantılarla zəhərlədiyi barədə yazmışdı. Sexin fəaliyyətindən ən çox şikayət edənlər yaxınlıqda yaşayan və Laçın rayonundan olan məcburi köçkünlər idi.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 850          Tarix: 17-12-2018, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma