Xəbər lenti

 

Məşhur amerikalı iş adamı, milyarder Corc Soros Davos Forumundakı çıxışında özünün yeni ideyasını təqdim edib. “AzPolitika.info” xəbər verir ki, xarici mətbuat siyasi qalmaqallarla tanınan milyarderin forumdakı çıxışına geniş yer verib.

Soros bildirib ki, dünya hazırda dönüm nöqtəsini yaşayır. Və qarşıdan gələn növbəti illər Donald Tramp və Çinin rəhbəri Si Cinpin kimi liderlərin taleyi, eləcə də bütünlükdə dünyanın gələcəyini müəyyən edəcək.

Milyarder deyib ki, mövcud diktatorlar tərəfindən yönləndirilən hazırkı dünyada vətəndaş cəmiyyətinin tamamilə çökdürülməsinə qarşı və iqlim dəyişməsi böhranı ilə mübarizə aparmaq üçün yeni universitet şəbəkəsi qurmaq fikrindədir.

Bu şəbəkə dünyanın diktatorlar tərəfindən idarə olunmasına son qoymağa və iqlim dəyişikliyilə mübarizəyə xidmət edəcək. O, bu layihə üçün 1 milyard dollar ayırmaq fikrində olduğunu söyləyib.

“Açıq Cəmiyyət Universiteti Şəbəkəsi”("OSUN') adlı layihəsi barədə danışan Soros “mən hələ həyatdaykən layihənin gerçəkləşdiyini görmək istəyirəm” deyə bildirib.

Macar əsilli milyarder diktatorların vətəndaş cəmiyyətlərini ciddi təhlükə altına aldıqlarını söyləyib və buna misal olaraq, elə öz vətəni Macarıstanın baş naziri, “populist və ifrat sağçı çıxışıları ilə tanınan” Viktor Orbanın adını çəkib.

Xatırladaq ki, Orban Sorosun Macarıstanda açdığı Mərkəzi Avropa Universitetini qapatmaq barədə qərar verib.

Soros dünyanın ən nəhəng ölkələri olan ABŞ, Çin və Rusiyanın diktatorlar tərəfindən idarə olunmasından və avtoritar rejimlərin, liderlərin sırasının çoxalmasından dərin üzüntü keçirdiyini dilə gətirib.

Dünya miqyasında irqçiliyin güclənməsindən narahatçılığını bildirən Soros Hindistanı misal çəkib və bu ölkənin baş naziri Narendra Modini millətçi bir dövlət qurmaqda günahlandırıb.

Tramp haqqında da sərt danışan Soros onu “hiyləgər, fırıldaqçı, iqlim inkarçısı” kimi təqdim edib və onun hazırkı iqtisadi şərtlər daxilində yenidən seçilə biləcəyini söyləyib: “Tramp hal-hazırda canlı olan iqtisadiyyatı aşırı dərəcədə isitdi. Həddindən artıq isinmiş iqtisadiyyatı isə qaynama nöqtəsində çox saxlamaq mümkünsüzdür.“

Sonda Çin lideri barədə də danışan milyarder Çində kommumist ənənələrinin qırıldığını və bu ölkənin iqtisadiyyatının əvvəlki elastikliyinin qalmadığını idddia edib.

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 27-01-2020, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma