Xəbər lenti


 
Şəmkir rayonunun Daşbulaq adlanan ərazisində Şəhidlər Xiyabanının dörd bir bir ətrafında yerləşən ərazi icra başçısı tərəfindən satılıb.
 
Ovqat.com-a rayon sakinlərinin verdiyi məlumata görə, satılan ərazi artıq müştərilər tərəfindən çəpərə alınıb və yaxınlarda yəqin ki, ordakı ağaclar kəsilib evlər tikiləcək. Qeyd olunur ki, ərazidə tikintilər başa çatdıqdan sonra xiyabana getməyə yol qalmayacaq.
 


İcra başçısının bu əməlini şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirən sakinlər sözlərini təsdiqləmək üçün ərazidən çəkilmiş foto-şəkilləri də redaksiyamızın e-mail ünvanına göndəriblər.
 
Əlaqədar qurumları məlumatlandırmaq üçün həmin fotoları dərc edir və qarşı tərəfin mövqeyini işıqlandıra biləcəyimizi nəzərə çatdırırıq.










Ana səhifəyə qayıt        Baxış: 3 887          Tarix: 27-06-2020, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma