Xəbər lenti

 

“Əgər ağılsız bir hərəkət etsələr, Səudiyyə Ərəbistanında; Məkkə və Mədinə xaric, müdaxilə etmədiyimiz yer qalmaz”

Ovqat.com xəbər verir ki, bu təhdidkar sözləri İranın müdafiə naziri Hüseyn Dehgan deyib.

Dehgan Səudiyyə ərəbistanlı həmkarı vəliəhd Məhəmməd bin Salmana cavab olaraq bu fikirləri səsləndirib. Xatırladaq ki, ötən həftə rəsmi “əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamasında Tehrana barmaq silkələyərək, İranla dialoq yolunun bağlı olduğunu bildirmişdi:

"Müsəlmanların torpaqlarını nəzarət etmək və Cəfəri məzhəbini müsəlman dünyasına yaymaq məqsədi daşıyan ifrat bir ideologiyaya söykənən rejimlə necə dialoq qurula bilər ki?”

Vəliəhd həmçinin İranın bölgəyə yayılma siyasətinin Səudiyyə Ərəbistanını təhdid etdiyini, son hədəfinin Məkkəni də ələ keçirmək olduğunu  demiş, amma rəsmi Riyadın bunu gözləməkdən İranla savaşı onun öz daxilinə çəkə biləcəyini açıqlamışdı:

"İran rejiminin məqsədinin Məkkəyə çatmaq olduğunu bilirik və biz müharibənin öz torpaqlarımıza gəlməsini gözləməyəcəyik. Bu döyüşün Səudiyyə Ərəbistanının deyil, İranın torpaqlarında baş verməsinə çalışacağıq”.

Vələhdin sözləri onsuz da pis olan Tehran-Riyad münasibətlərini daha da gərginləşdirmiş, bu fikirlər Riyadın İran daxilindəki sünni terroristləri dəstəklədiyinin ən bariz etirafı və dəlili  kimi qiymətləndirilmiş və İranın BMT-dəki daimi nümayəndəsi onu Təhlükəsizlik Şurasına şikayət etmişdi.

Səudiyyəli həmkarına cavab verən İran Müdafiə naziri də son çıxışıyla Riyadın bu “ağılsız” hərəkətinə cavablarının sərt olacağını, ölkənin istənilən yerinə zərbə endirə biləcəklərini xatırladaraq, faktiki, müharibəyə başlayacaqlarına eyham vurub.




Ana səhifəyə qayıt        Baxış: 1 314          Tarix: 8-05-2017, 06:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma