Xəbər lenti
 
İslam digər dinlərlə müqayisədə daha sürətlə böyüyür.
Ovqat.com xəbər verir ki, məlumatı Vaşinqton mərkəzli ictimai araşdırma şirkəti “Pew Research Center” (“Pew” Araşdırma Mərkəzi) yayıb.
Şirkətin ötən çərşənbə günü nəticələrini açıqladığı araşdırmaya görə, bu artım sürəti davam edərsə, 2060-cı ilə qədər müsəlmanların sayı xristianlara yaxınlaşa bilər. Baxmayaraq ki, xristianların sayının da eyni dövr ərzində artacağı güman olunur.
“Pew” Araşdırma Mərkəzi bu iki din mənsublarının indiki sayı və artım tempi barədə də konkret rəqəmlər göstərib. Sənəddə bidirilir ki, 2015-ci ildə xristianlar dünya əhalisinin təxminən 31% (2 milyard 300 milyon), müsəlmanlar isə 24%-ni (1 milyard 800 milyon) təşkil edirdi. 2060-ci ilə qədər isə müsəlmanların sayının 3 milyarda çatıb dünya əhalisinin təxminən 31,1%-nə, xristianların sayının da 3 milyard 100 milyona yaxınlaşıb dünya əhalisinin 31,8%-nə yüksələcəyi proqnozlaşdırılır.
Proqnozlarda digər böyük dinlərin və ateistlərin isə getdikcə “əriyəcəyi” təxmin edilir. Təxminlərə görə, heç bir dini bağı olmayan insanların sayı 16%-dən 12,5%-ə düşəcək. Hinduların sayının 15%-dən 14,5%-ə və budistlərin isə 7%-dən 5%-ə düşməsi gözlənilir.
“Pew” şirkəti 2015-ci ildə təxminən 7 milyard 300 milyon olaraq hesablanan dünya əhalisinin 2060-ci ilə qədər 9 milyard 600 milyona çıxacağını təxmin edir.
Araşdırma, xristian və digər inanc sahiblərinin daha yavaş böyüməsinin sirrini ölüm və doğum nisbətləri ilə açıqlayır. Məsələn, Almaniyadakı xristianların ölümləriylə doğumları arasındakı nisbət təxminən eynidir. Dinə bağlılığı zəif olanlar da müsəlmanlara nisbətdə daha az uşaq dünyaya gətirirlər.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 242          Tarix: 5-04-2017, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma