Xəbər lenti

 Beynəlxalq enerji bazarında ötən günü 56.26 bar/$-la tamamlayan Brent markalı bu gün satışa 56.01 bar/$-la başlayıb.

Ovqat.com-un bildirdiyinə görə, aşağı-yuxarı enmə rəqsi ilə bugünkü bazar mövqeyini sürdürən Brent, birja açılışının ilk anlarında 55.92 bar/$-a qədər ucuzlaşsa da, sonradan özünü qismən toparlayıb. Hazırda bir barrel Brent markalı neft birja  açılışındakı qiymətinin 24 sent üzərində 56.50 dollardan öz alıcısını gözləyir.

Teksas birasında WTI markalı xam neft isə 46,75 bar/$-ə təklif olunur.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu il büdcəsində neftin orta illik qiymətini 60 bar/$ olaraq müəyyənləşdirib. Bu rəqəmi kritik hədd kimi qəbul etsək, belə anlaşılır ki, neftin qiymətləri hələ 2019-cu il gəlmədən proqnozlaşlardan aşağı düşüb.




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 19-12-2018, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma