Xəbər lenti

 

2015-ci ildə ailəsilə Ermənistandan qaçaraq ölkəmizə sığınan və Haqqin.az-ın xüsusi müxbiri işləyən Vahan Martirosyan öz milli xüsusiyyətlərinə uyğun hərəkət edərək, bu dəfə Azərbaycana arxa çevirib.

 Ovqat.com xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.

Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi erməni xəyanətinin səbəbini Martirosyana edilən siyasi başqılarla əsaslandırıb. Analitik mərkəzin müxtəlif mənbələrdə əldə etdiyi məlumatlara əsasən, "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təşkilatçılarından və ilk üzvlərindən biri olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır:

“Bizdəki məlumata əsasən, Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılardəsa, heç də təəccüblü olmayacaqdı. Ən yaxşı ehtimalda Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklərini gözləyirdik” - RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı Ovqat.com-a açıqlamasında belə deyib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 743          Tarix: 28-05-2017, 07:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma