ABŞ-İran arasındakı münasibətlər gərginləşdikcə, İranın Azərbaycana qarşı təzyiqləri də artır. Xüsusilə ötən ilin Gəncə hadisələrindən sonra cənub qonşumuzun dəstəklədiyi terror təşkilatlarının Azərbaycanda aktiv fəaliyyətə keçdiyi sezilir. İran hətta bu terror hadisələrinin arxasında dayandığını gizlətmir, özünə tabe olan şəxslər vasitəsilə bunu açıq şəkildə dilə gətirir. İrandan Azərbaycana ötürülən təxribatçı qrupların ideoloji rəhbəri kimi isə əslən bizdən olan legionerlər ön plana çıxır.
Bunlardan biri də Tofid İbrahimbəyli adlı dini lideridir. Özünü şeyx adlandıran 30 yaşlı Töfid Lənkəranda anadan olub. Uşaq yaşlarından İranın dini mərkəzlərində yetişdirilib və təbliğat üçün Azərbaycana göndərilib. Töfidin radikal dini təbliğatları tam 10 il bundan əvvəl 2009-cu ilin uyul ayının 13-də hüquq mühafizə orqanları tərəfindən fərq edilib. Həmin gün Gəncəyə xütbə oxumağa gələn gənc dindar polis tərəfindən saxlanılıb və ona bir daha bu şəhərə ayaq basmaması barədə xəbərdarlıq edilib. Beləcə, müxtəlif zamanlar təqib olunan Töfid İbrahimbəyli ailəsi ilə bərabər İrana köçüb.
Hazırda İranda yaşayan T.İbrahimbəyli ötən ildən etibarən youtube kanalı vasitəsilə aktiv təbliğata başlayıb. Gəncə hadisələri ilə eyni zamana təsadüf edib bu “şiə oyanışı” son zamanlar radikallığını artırıb. T.İbrahimbəylinin təqdimatında yayılan videolarda Azərbaycandan İrana sığınan bəzi soydaşlarımızın Həşdi Şabi qruplaşmasının nəzdində xüsusi təlimlərdən keçdiyini təsdiqləyən görüntülər var. Həmin görüntülərdə Gəncə hadisəsinin törədicisi, icra başçısına sui-qəsd törətməyə çalışan Yunus Səfərovun da İraq və Suriya cəbhələrində döyüşdüyü əks olunur.
Maraqlıdır ki, Azərbaycan ictimaiyyətinə şeyx kimi təqdim olunan Töfid İbrahimbəyli də Həşdi-Şabinin təlim düşərgələrində olub və bunu özü də gizlətməyərək videosunu paylaşıb. İctimaiyyətimiz yeni Şeyx Nəsrullahını (Söhbət burada “Ölülər” əsərinin baş qəhrəmanından yox, Hizbullahın Livan qanadının rəhbəri Həsən Nəsrullahdan gedir) daha yaxından tanısın deyə, onun barəsində yayılan bəzi videoları Ovqat.com oxucularına təqdim edirik:
Töfid İbrahimbəyli İranın dini lideri ayətullah Xameneini necə vəsf edib?
Paylaş: