Xəbər lenti

 

İranda baş verən son etiraz aksiyalarında 200 min nəfər iştirak edib.

Bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli məlumat yayıb.

O, eləcə də 50 hərbi mərkəz, 183 polis maşını, 731 bank, 70 yanacaq doldurma məntəqəsi və 9 dini mərkəzə hücum edildiyini bildirib. Fəzli aksiyalarda 307 şəxsi avtomobil və 34 təcili yardım maşınının da xəsarət aldığını iddia edib.

Qeyd edək ki, İnsan Haqları Müdafiəsi Təşkilatı bildirişində Tehran rəsmilərinin aksiyaçılara zor tətbiq etməsi və ölənlərin sayının açıqlanmamasından çəkinirlər. Beynəlxalq Əfv Təşkilatı hesabatında, təxminən, 143 nəfərin öldüyünü, 7 min nəfərin isə həbs edildiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 576          Tarix: 28-11-2019, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma