Xəbər lenti
 

Son zamanlar ölkədə intihar hadisələrinin artdığı müşahidə olunur. Bəzən iqtisadi çətinliklər, bəzən adi ailə münaqişələri insanlarımızın canlarına qıymasıyla nəticələnir. Ən dəhşətlisi odur ki, intihar edənlər təkcə ailə qayğılarıyla yüklənmiş vətəndaşlar da deyil. Artıq intihar edənlərin yaş ortalaması da xeyli gəncləşir. İndi məktəblilər belə ən müxtəlif səbəblərdən canlarına qıyırlar.
Ovqat.com-un bu gün Hövsan qəsəbəsindən aldığı məlumat da bunu təsdiqləyir.
Məlumata görə, qəsəbədəki 281 saylı  orta məktəbin 10-cu sinif şagirdi Aslanova Nərmin Adil qızı dünən intihar edib. valideynlərinin evdə olmamasından istifadə edən Şagirdin komputer şnur ilə özünü asdığı bildirilir.
Bədbəxt hadisənin ailə-məişət mübahisəsi zəminində baş verdiyi güman olunur.
Maraqlıdır ki, bu bədbəxt hadisə 281 saylı məktəbdən gələn ilk “qara xəbər” də deyil. Bildirildiyinə görə, təxminən 10 gün əvvəl məktəbin 11 şagirdi də yaşadığı binanın 7-ci mərtəbəsindən naməlum şəraitdə yıxılaraq həyatını itirib. 
Xüsusilə 10 gün əvvəlki müəmmalı ölüm hadisəsi barədə müxtəlif versiyalar irəli sürülür. 11-ci sinif şagirdi olan gənc oğlanın təsadüfən başının hərlənərək balkondan yıxıldığını deyənlər də,  onun intihar etdiyinə inananlar da var. Versiyalardan hansının doğruluğunu və eyni məktəbdə 10 gün ərzində arxa-arxaya gələn iki ağır faciənin arasında əlaqənin mövcud olub-olmadığını isə hüquq-mühafizə orqanları ortaya çıxaracaq.





Ana səhifəyə qayıt        Baxış: 1 502          Tarix: 10-04-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma