İranda yeni təyyarə qəzası baş verib.
Ovqat.com BBC Farsiyə istinadən xəbər verir ki, bu gün səhər Mahşəhrdə baş verən qəzada hər hansı can itkisi yaşanmayıb. Yaralananlar var.
Havalandıqdan az sonra texniki nasazlıq ucbatından təcili enişə keçən Caspian Hava Yollarına aid təyyarə maşın yolunun üzərinə düşüb. Təyyarədə 135 sərnişin olub. Təyyarənin 6936 nömrəli Tehran-Mahşəhr reysi üzrə uçduğu xəbər verilir.
Qeyd edək ki, İrana tətbiq olunan sanksiyalar səbəbindən yedək parça ala bilməyən İran Hava Yolları təyyarələrdəki nasazlıqları ortadan qaldıra bilmir və elə nasaz vəziyyətdə də istifadə edir.
Hadisənin şahidi tərəfindən çəkilən videonu paylaşırıq.
***
Yenilənir
saat: 10.35
İranın yarırəsmi Mehrnews xəbər agentliyinin verdiyi məlumata görə, təyyarə hava limanına enərkən eniş zolağından çıxıb.
13.04
Ən son məlumata əsasən, hadisəyə pilotun eniş zamanı gecikməsi səbəb olub.
Göyərtəsində 135 sərnişin və 7 ekipaj üzvü olan Boeing markalı təyyarə daxili reyslə Tehrandan-Mahşəhrə uçub. İran Mulki Aviasiya Şirkəti qəza ilə bağlı mütəxəssislərin iştirakı ilə araşdırmaların başladığını bəyan edib.
Qəza nəticəsində ölən olmayıb, yalnız 2 nəfər xəsarət alıb.
Paylaş: