Sabiq deputatın səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verdiyi bildirilir
Oğlu Həbib Axundov isə dostlarına “Hazırlaşın bir aya mamam səfir olan kimi gedirik Ukraynaya qızlarla kef etməyə” deyib sevinir
Milli Məclisə keçirilən 9 fevral növbədənkənar seçkilərdə mandat ala bilməyən bəzi deputatlar artıq özlərini müxtəlif vəzifələrə təyin etdirmək üçün qapıları döyürlər. Onlar Azərbaycan prezidentinə yaxın olan şəxslər vasitəsilə İlham Əliyevə təsir göstərərək vəzifələrə təyin olunmağa çalışırlar. Hazırda 66 yaşı olan və özünü cəmiyyətə yazıçı, publisist, jurnalistdən daha çox adı qalmaqallarda keçən makler tanıdan keçmiş deputat Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunmaq arzusundadır. Rusiyada doğulmuş və rus təəssübkeşliyi ilə seçilən Elmira Axundovanın niyə məhz Ukraynanı seçməsi bizə maraqlıdır…
AXUNDOVA NƏ QƏDƏR XƏRCƏ DÜŞÜB?
Bildirək ki, hələ fevral ayının 17-sində sosial şəbəkədə Elmira Axundovanın Ukraynaya səfir göndəriləcəyi barədə xəbərlər yayılmışdı. O zaman biz bunu o qədər ciddiyə almadıq. Amma bu günlərdə maraqlı hadisə baş verib. Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına bildirib ki, Ukraynaya köçməyə hazırlaşır. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb.
Diaspora Komitəsinin sədri Fuad Muradovaraçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi “prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək.
NATƏMİZ BİOQRAFİYA İLƏ SƏFİRLİK İDDİASI
Bu prosesdə maraqlı odur ki, keçmiş deputatın bioqrafiyası ümumiyyətlə, təmiz deyil. Onun adı daim çirkli işlərdə hallanıb. Məsələn, Fərman Məmmədov adlı iş adamından külli miqdarda pul alaraq geri qaytarmadığı hər kəsə bəllidir. Elmira Axundovanın Fərman Məmmədovla danışığının səs yazısı yayılmışdı. Həmin səs yazısında Elmira Axundova etiraf edir ki, Müdafiə Nazirliyində keçirilən tenderlərdə müəyyən şəxslərə hamilik etməklər ayda 60 min manat “şapka” alır.
Məmmədova söz verir ki, həmin “şapka”nı aldıqca hissə-hissə onun pulunu ödəyəcək. Axundova sonra Fərman Məmmədovu şərləyib həbs etdirmək, alıb vermədiyi pulların arxasına keçmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət də etmişdi.
Elmira Axundovanın adı Azərbaycan xüsusi xidmət orqanları üçün üz qarası olanEldar Mahmudovla əməkdaşlıqda, onun vasitəsilə hətta Milli Təhlükəsizlik Nazirliyindən adam işdən azad etdirmək də hallanıb.
Amma bunlar da son deyil. Hamı bilir ki, Elmira Axundova məmurlarla iş adamları arasında maklerlik etməklə qazandığı pulları oğlunun vasitəsilə biznesə qoyub. Bakıda “Gənclik” metrosunun yaxınlığında böyük çay evi var. Bundan əlavə onların adı dərman mafiyası ilə hallanır.
Dövri mətbuatda da sübut olunub ki, Axundovlara məxsus obyektlərdə apteklər şəbəkəsi fəaliyyət göstərib və göstərir.
Həmin apteklərdə qedyri-qanuni dərman satışı faktlarla sübut olunub. Hətta Həbib Axundov özü həmin obyektin ona məxsus olduğunu etiraf etmişdi.
Təkcə bunlar olsa, nə var ki? Elmira Axundovanın və oğlunun adı daim eyş-işrət məclislərində hallanıb. Bu eyş-işrət məclislərindən birinin qurbanı model Günel Mirzəyevadır.
Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və boğularaq ölüb. Bu müəmmalı ölüm Günel Mirzəyevanın həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu günlərdə baş verib. Model xanımı məhkəmədə təmsil edən də Elmira Axundovanın vəkili Rövşən Yusifov olub. Üstəlik, suda boğularkən Günel Mirzəyevanın hamilə olması haqda da bilgilər var.Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə üz tutan bir qadının hamiləliyi də maraqlı suallar ortaya çıxarır. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq batması bu günə qədər müəmmalı olaraq qalıb… Yəni, bu adamlar faktiki olaraq həm də bir insanın ölümündə iştirakçı olub, sonra da onu ört-basdır ediblər.
Eyni zamanda təsəvvür edin ki, Ukrayna kimi mühüm bir strateji ölkəyə səfir postuna təkcə adı dələduzluqda hallanan şəxsi yox, həm də koorrrupsioner bir adamı göndərirlər. Biz dövri mətbuatda dərc dərc edilmiş və təkzib olunmamış məlumatları sizə təqdim edirik. Diqqət edin, görün Elmira Axundovanın və oğlu Həbib Axundovun nə qədər sərvəti var.
Elmira Hüseyn qızı Axundovanın varidatın siyahısına da nəzər salaq:
“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.
“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
8 . Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.
Bu geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.
Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.
Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,
“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.
5 .”Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,
6 .”Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.
K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.
Bütün bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar. Hələlik biz güman edirik ki, Axundovların Fuad Muradov vasitəsilə 1 milyon dollara səfir olmaq sövdələşmələri baş tutmayacaq. Çünki ölkə rəhbərliyi bilir ki, Ukraynada demokratik cəmiyyət var. Onlar araşdıracaqlar və Azərbaycan səfirinin kimliyi ortaya çıxacaq. Bu da təbii ki, Azərbaycana ciddi zərbədir. Hələlik isə vaxt var. Yaşayaq görək, Azərbaycan rəhbərliyi üçün pulmu daha önəmlidir, ölkənin diplomatik imicimi?
MÜƏLLİF – HÜSEYN QARABAĞLI
Mənbə: https://timetv.live/2020/02/26/elmira-axundovanin-1-milyona-aldigi-səfir-mandati/
Paylaş: