İğdır Respublika Prokurorluğu Azərbaycanın Qarsdakı Baş konsulunun əleyhinə qərar qəbul edib.
Ovqat.com-un məlumatına görə, sənəddə Baş konsul Nuru Quliyevin ASİMDER Başkanı Göksel Gülbey barəsində verdiyi şikayət məktubuna baxılmaması qərarlaşdırılıb.
Baş Prokurorluğun fikrincə, şikayətçinin iddialarını təsdiqləyən hər hansı əsaslı dəlil yoxdur və faktı təsdiqləyən şahidlərin heç biri tərəfsiz deyil. Məhz bu səbəbdən – sübut yetərsizliyindən istintaq prosesinin tamamilə xətminə hökm verilmişdir.
Qeyd edək ki, Baş konsul Nuru Quliyev şikayət ərizəsində ASİMDER Başqanının İğdırdakı Azərbaycan Nümayəndəliyinə gəldiyini və diplomata FETÖ liderləriyiə çəkilmiş bir foto-şəkil göstərərək onu şantaj etdiyini irəli sürmüşdü.
Ən acınacaqlısı isə odur ki, Nuru Quliyev həmin ərizəni Baş Konsulluğun rəsmi blankında yazmışdı. Dolayısıyla öz fərdi davasına dövlət maraqları fonu verməyə çalışmışdı. Türkiyə ədalət sistemi isə Azərbaycan dövləti adından verilmiş o sənədi əsassız iddiaların yer aldığı kağız parçası sayaraq, saçı qırxılmış gəlin kimi geri göndərmişdi. Bununla da bir Baş konsulun məsuliyyətsiz hərəkəti hətta ən yaxın qonşumuzda belə dövlət adına xoş olmayan təəssüratların yaranmasına yol açmışdır.
Azərbaycan XİN isə hələ də Nuru Quliyevi əvəzedilməz kadr kimi qoruyur və onun İğdırdakı fəaliyyətə göz yumur.
Türkiyə mətbuatı isə bu diplomatik rəzalətə laqeyd qalmaq istəmir. Bu gün də “İğdır” qəzetinin manşetini Azərbaycanın Baş konsulunun diplomatik sərgüzəştləri bəzəyib
İğdırdan aldığımız digər məlumata görə, Baş konsul diplomatik fəaliyyətində ard-arda qarşılaşdığı stressdən xəstəxanalıq olub. O, hazırda Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alır. İğdırlılar isə bu xəstəliyin də saxta olduğuna inanırlar. Onların gümanına görə, diplomat özünü danlaqdan xilas etmək üçün İbn Sina xəstəxasında gizlənir. Onu narahat etməsinlər deyə, telefonunu da söndürüb.
Azərbaycan XİN-ni yaxşı tanımayan “İğdırın kamyon şoferləri” Nuru Quliyevin İbn Sina xəstəxanasında Elmar Məmmədyarovun gözündən yayınmağa çalışdığını düşünürlər. Binəvalar hardan bilsinlər ki, Elmar müəllim div yuxusuna qərq olduğundan diplomatlarından xəbəri yoxdur.
Biz də Elmar müəllimin bu dərin yuxusuna şirinlik qatmaq üçün “Laylay, bala, laylay” mahnısını ona ərmağan edirik.
Ovqat.com
Paylaş: