Xəbər lenti

 

Dünya bazarında neftin qiymətləri durmadan ucuzlaşır.

Ovqat.com-un xəbərinə görə, Brent markalı neft bu gün 29.11 dollara qədər düşüb.

WTI markalı xam neft isə 28.22 dollara qədər ucuzlaşıb.

Mütəxəssislər ucuzlaşmanın əsas səbəbini koronavirusun görə dünya dövlətlərinin karantin qərarlarıyla əsaslandırırlar. Yəni sərhədlər bağlandıqca turizm və ticari əlaqələr də zəifləyir. Bu da neftə olan tələbatı azaldır.

Koronavirus isə xüsusilə sənaye ölkələrində getdikcə yayılır və karantin qərarları ard-arda gəlir. Odur ki, neftin qiymətlərinin önümüzdəki həftələrdə də ucuzlaşacağı proqnozlaşdırılır.

Bəzi pessimist mülahizələrə görə, epidemiya öz dağıdıcı mövcudluğunu gələn ilin yaz aylarına qədər sürdürə bilər. Başqa sözlə, “qara qızıl”ın ağ vədlərindən gözünüzü çəkin.




Ana səhifəyə qayıt        Baxış: 4 249          Tarix: 17-03-2020, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma