Küveyt Daxili İşlər naziri Enes es-Saleh, yeni növ koronavirusun (Kovid-19) qorunması tədbirləri çərçivəsində qismən komendant saatı rejiminin bu gün qüvvəyə mindiyini açıqlayıb.
Ovqat.com xəbər verir ki, bu barədə qərarı dünən Küveytin Nazirlər Kabineti qəbul edib.
Qərara əsasən, Küveytdə bu gündən etibarən saat 17.00 ilə 04.00 arasında bir hissə komendant saatı tətbiq olunacaq.
"Hökümət komendant saatı qərarından yayınmağa çalışdı, amma təəssüf ki, bəzi insanlar evlərini tərk etməyə davam etdilər. Bu, yoluxmuş insanların sağlam insanlarla təmasda olduqları üçün koronavirus hallarının artmasına səbəb oldu",-Daxili İşlər naziri bu gün mətbuata açıqlamasında belə deyib.
Küveytin Mülki Müdafiə Qanununun 15-ci maddəsinə əsasən, komendant saatı rejimini pozanlar 3-10 min dinar arasında cərimələnəcəklər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah isə deyəsən bizim Allahın sevimli bəndəsi olduğumuza inanaraq ləng tərpənir. Unudulmamalıdır ki, İtaliya hökuməti də bir müddət əvvəl bu təsəvvürdə idi, indisə hər gün 1000-ə yaxın vətəndaşını itirir.
Paylaş: