Xəbər lenti


Azərbaycanda karantində 5 minə yaxın insan saxlanılır. Onlardan bir çoxu Atletlər kəndindəki binalarda məskunlaşdırılıb.
Ovqat.com-un xəbər verir ki, Atlet kəndindəki bir müddət əvvəl karantində üsyan baş verib.
Məlumata görə, karantindəki bir çox vətəndaş artıq 15-ci gündür ki, təcrid vəziyyətində saxlanılır. Təcrid altına alınanda isə onlara burada 14 gün qalacaqları bildirilib.
Vəd edilən zamanın gəlməsinə baxmayaraq, evə buraxılmayan vətəndaşlardan bəziləri bu gün üsyana başlayıblar. 



Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı karantin müddətinin əvvəl 14 gün olması barədə təlimat vermişdi. Bu müddət koronavirusun inkibasiya dövrünə bərabərdir. Sonradan bir çox tibb alimləri koronavirusun inkubasiya dövründən sonra da yox olmadığını, daha 7-8 gün insan bədənində yaşadığını təsbit etdilər. Hətta koronavirusa qələbə çaldığını elan edən Çində karantin məhdudiyyəti tez ortadan qaldırıldığına görə COVİD-19 virusunun yeni dalğasının başlaya biləcəyinə dair proqnozlar belə verilmişdi. Hələ ki, bu proqnoz özünü doğrultmasa belə, görünür, alimlərin gəldiyi bu qənaət bəzi dövlətləri karantin müddətini artırmağa vadar edib. Azərbaycan hökumətinin də bu səbəbdənmi karantin müddətini tamamlamış insanları evə buraxıb-buraxmadığı bilinmir.
Yəqin ki, sabah dövlət qurumları Atlet şəhərciyində nələr baş verdiyinə daha təfsilatlı aydınlıq gətirəcək.
Atletlər kəndində baş verən üsyanın video-görüntüsü




Ana səhifəyə qayıt        Baxış: 13 600          Tarix: 7-04-2020, 01:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma