Xəbər lenti

 
Operativ Qərargahın ali və orta ixtisas məktəblərində 2 semestri ləğv etməsi gözlənilir.
Ovqat.com-un təhsil sistemi yetkililərindən aldığı məlumata görə ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə bu addım atıla bilər.
Gözlənilir ki, müvafiq qurumlar əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq bütün təhsil müəssisələrində dərsləri 15 sentyabr 2020-ci il tarixinədək dayandırsın.
Qərarda həmçinin, təbii havalandırma şəraiti olmadığından metroların da fəaliyyətinin uzun müddət dayandırılması nəzərdə tutulur.


Ana səhifəyə qayıt        Baxış: 3 414          Tarix: 7-04-2020, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma