Xəbər lenti
 


Azərbaycan Xarici İşlər naziri beynəlxalq tədbirlərdə belə yuxusuna hakim ola bilməsə də, insafən qeyd etmək lazımdır ki, onun səfirləri pis işləmirlər. Görünür, səfirlərinə yaxşı bələd olduğundan cənab nazir də rahatlıqla yuxuya dala bilir. Həqiqətən də haqsız deyil: bir zamanlar dünyanın yazılı pitiklərində belə ölkəmizin adına nadir hallarda çəkilirdisə, indi durum xeyli dəyişilib. Baxmayaraq ki, bəzən Şəngülüm diplomatların “işgüzarlığı” sayəsində ən yaxın müttəfiqlərimizin media qurumları Azərbaycanın baş konsul və səfirlərinin “məharətindən” də bəhs edir, amma dünyanın əksər tanınmış qəzet və jurnallarında isə barəmizdə xoş sədalar ucalır. Sözsüz ki, bu işdə diplomatlarımızın xidməti danılmazdır.



Azərbaycan həqiqətlərinə ən inkişaf etmiş müsəlman ölkələrindən sayılan Malayziya mediası da bu həftə öz səhifələrində yer ayırıb. Ölkənin rəsmi informasiya agentliyi BERNAMA Azərbaycanın COVİD-19 virusuna qarşı mübarizədən bəhs edən yazısında səfirimiz Qaley Allahverdiyevin fikirlərinə də istinad edib.
Ovqat.com xəbər verir ki“Azərbaycanın COVİD-19 virusuna qarşı tədbirləri əks etdirən xüsusi informasiya portalı” sərlöhvəli məqalədə ölkəmizin təcrübəsinin nümunəvi xüsusiyyətləri sadalanıb.
 


 

Bildirilib ki, COVID-19 pandemiyasının hələ erkən mərhələsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatı ilə hökumət tərəfindən Operativ Qərargah yaradılıb. İctimai məlumatlılığı təmin etmək, o cümlədən bu məsələ ilə əlaqədar qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün www.koronavirusinfo.az adlı informasiya portalının yaradılmasına diqqət çəkilib.
Həmçinin, cari ilin 19 mart tarixində Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondundan bəhs edilib, Azərbaycan Prezidentinin bir illik əməkhaqqı məbləğini bu fonda ianə etməsi xüsusilə vurğulanıb.
Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, COVID-19 pandemiyası ilə mübarizənin ön xəttində çalışan tibb işçilərinin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi, pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il üzrə dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2.5 milyard manatın ayrılması görülən işlərin vacib komponentləri kimi qeyd olunub.



COVID-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizə üslubunda mənəvi dəyərlərin də xüsusi yer tutduğu vurğulanaraq, Prezident İlham Əliyevin bu infeksiyanın əsasən yaşlı nəslin nümayəndələri üçün ağır fəsadlar törətdiyi, lakin cəmiyyətimizdə yaşlı insanlara həmişə böyük hörmət göstərildiyi, belə mənəvi dəyərlərimizin bundan sonra da qorunmasının vacibliyi, eləcə də hazırkı şəraitdə hər bir vətəndaşın yaşlı nəslin nümayəndələrinə xüsusi qayğıkeşliklə yanaşmalı olduğu barədə xalqımıza müraciətinə istinad edilib.



Materialda COVID-19 ilə mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsinə də vurğu edilərək, Azərbaycan Respublikası Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımından bəhs edilib, səfir Q.Allahverdiyevin aşağıdakı fikirlərinə yer verilib: “Bu gün biz daha çox koordinasiyaya, daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyac duyuruq. Bu çağırışın ölkələr arasındakı inamı pozmasına imkan verə bilmərik”.


Ana səhifəyə qayıt        Baxış: 2 390          Tarix: 9-04-2020, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma