Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Azərbaycan öz ərazilərini azad etmək üçün hər hansı hərbi əməliyyatlara başlasa, İran hərbi qüvvələri ermənilərin cənub cəbhə xəttinə dəstək verəcək.
Ovqat.com xəbər verir ki, bu iddianı 3 təşkilat - Təbriz Araşdırma İnstitutu (TEBAREN), Bütöv Azərbaycan Ocaqları (BAO), (Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması (AZOH - Dirəniş – GADP) birgə imzaladıqları bəyanatda irəli sürüblər.
Qeyd edək ki, adları çəkilən təşkilatlar 3 gün əvvəl birgə seminar keçirib və tədbirin yekun bəyanatını imzalayıblar.
“"İranın Qarabağdaki erməni işğalçılarına dəstəyi" seminarının sonuc bəyanatı” adlanan sənəddə yuxarıdakı iddia bu cür əsaslandırılır:
“Bunu sübut edən İran hərbi qüvvələrin su anbarı mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin tikilməsidir”.
Bu yerdə kiçik haşıyəyə çıxaraq xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi ordu mənsublarına “döyüş hazır ol” komandası vermiş və “son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsini” vurğulamışdı. Nazirliyin rəsmi açıqlamasında Dağlıq Qarabağda “döyüş əməliyyatlarının yenidən başlanması ehtimal”ından açıq-aydın bəhs edilərək deyilirdi:
“Müdafiə naziri ordu rəhbərliyinin diqqətini… döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib.
Müdafiə naziri bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib”.
Müdafiə Nazirliyinin rəsmi açıqlamasından da göründüyü kimi, ordumuz artıq döyüş hazırlıqlarına başlayıb. Belə bir zamanda 3 araşdırma qurumunun çaldığı həyəcan təbili ciddi narahatlıq doğurur. Belə çıxır ki, əsgərlərimiz sabah işğal olunmuş ərazilərimizdə hərbi əməliyyatlara başlayacağı təqdirdə qarşılarında təkcə qorxularından xaç çəkən erməni dığalarını görməyəcəklər, həm də “Allahü – Əkbər” sədaları eşidəcəklər.
Eyni tarixi-mədəni köklərə bağlı, örtaq dəyərləri bölüşən, Azərbaycandan çox azərbaycanlının yaşadığı, məhz buna görə də ikinci vətənimiz sayılan bir ölkədən bunu gözləmək nə qədər qəribə görünsə belə, bəyanat müəllifləri öz iddialarının doğruluğuna əmindirlər və bunun səbəbini cənubda milli-azadlıq hərəkatının getdikcə vüsət almasında axtarırlar.
“Azərbaycanın Güneyində milli-azadlıq hərəkatı artıqca, 1925-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn panfarsist İran rejimi Azərbaycanın Quzeyinə qarşı təxribatlarını daha da gücləndirir və bizim torpaqları Rusiyanın vasitəçiliyi ilə işğal edən Ermənistanla eyni sırada dayanır”, - birgə bəyanatda belə deyilir.
Digər ciddi iddiaların da yer aldığı yekun bəyanatda daha sonra qeyd olunur:
“Azərbaycanın Quzeyində dövlətçilik gücləndikcə İran fars rejimi özünün erməni siyasətini gizlətməyə belə lüzum görmür. İranda nəşr edilən xəritələrdə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ müstəqil qurum kimi təqdim edilir. Bununla kifayətlənməyib, daha da irəli gedərək Azərbaycanın işğal olunmuş ərazilərinə sərbəst giriş-çıxış yolları qurmaqla həmin əraziləri ermənilərlə birgə istismar edir. Beləliklə, artıq ikinci bir ölkə də Azərbaycan ərazilərinin işğalında tərəf olmuşdur.
İran Araz çayı üzərindən işğal edilmiş Cəbrayıl rayonu ərazisini İranla birləşdirən bir neçə avtomobil və yük maşını keçən körpülər salmış, bu körpülər vasitəsilə işğal olunmuş bölgələrə dəhliz açmış və bu bölgələri de-fakto özünə birləşdirmişdir. Bu hal hüquqi baxımdan da yeni şərait yaratmışdır və Azərbaycan torpaqlarının işğalını daha da beynəlmiləlləşdirmişdir.
Bu körpülərin tikintisi də indiyə kimi gizli saxlanılmışdir. Bundan əlavə, İran Araz çayı üzərində Xudafərin körpüsü yanında Xudafərin su anbarı tikmiş, nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir çox kəndləri və onların əraziləri su altında qalmışdır. Həmin kəndlərin sakinlərinin dədə-baba yurdları və qəbrstanlıqları da su altında qalmışdır. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da su altında itmişdir. İran faktiki olaraq Azərbaycan ərazilərini ilhaq etmişdir. Azərbaycanın infrastrukturunu ermənilərlə birlikdə tar-mar etmişdir.
Vaxtilə Azərbaycan iqtidarı su anbarı tikilməsinə qəti etiraz etmiş, tikinti saxlanılmış, amma bir müddət sonra İran öz çirkin niyyətini həyata keçirməyə müvəffəq olmuşdur. Hesab edirik ki, beş körpünün tikilməsi həm də İranın hərbi məqsədlərinə xidmət edir və Azərbaycan öz ərazilərini azad etmək üçün hər hansı hərbi əməliyyatlara cəhd edərsə, İran hərbi qüvvələri erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olacaqdır. Bunu sübut edən hərbi qüvvələrin su anbarı mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi məsələsi və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin tikilməsidir.
Biz, konfrans iştirakçıları adından bəyan edirik ki, İranın bu xəyanətkar əməllərini Azərbaycan cavabsız qoymamalı, bacardığı səviyyədə müəyyən tədbirlər həyata keçirməlidir. Bu tədbirlər içərisində İranın beynəlxalq hüquq normalarını pozduğu barədə BMT səviyyəsində iddia qaldırılması və Azərbaycan ərazilərini ilhaq etdiyinə görə, ilk növbədə Azərbaycan ərazilərində su anbarı tikdiyiniə görə beynəlxalq məhkəməyə müraciət edilməsi məsələləri yer almalıdır”.
Aralarında İranın mücahir təşkilatlarının da yer aldığı 3 araşdırma qrupunun imzaladığı bəyanat bu sözlərlə bitir. Bundan sonra danışmaq növbəsi isə Azərbaycanın rəsmi orqanlarındadır. Hesab edirik ki, müvafiq qurumlarımız bu bəyanatı ciddiyə almalı, səsləndirilən iddiaların nə dərəcədə əsaslı olub-olmadığı yoxlamalı və adekvat addımlar atmalıdır. Media orqanı olaraq bu bəyanatla bağlı tərəflərin cavablarını gözləyir və onları məmnuniyyətlə dərc etməyə hazırıq.
Bəyanatın farsca mətni
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar