Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun Ceymstaun Fondunun (Jamestown Foundation) nəşrində “Azərbaycanın regional rəqəmsal mərkəz kimi rolu artır” adlı məqaləsi dərc olunub.
Ovqat.com-un məlumatına görə, məqalədə Azərbaycanın “Digital Hub” proqramı çərçivəsində həyata keçirdiyi layihələr və bu layihələrin əhəmiyyəti nəzərdən keçirilib.
Proqram çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycan ilə Türkmənistan və Qazaxıstan arasında inşa ediləcək yeni fiber optik kabellər bərədə də məlumat verilib və bu istiqamətdə görülmüş tədbirlər diqqətə çatdırılıb. Məqalədə göstərilib ki, “Digital Hub” proqramının icrası Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək və onun internetin alışında digər ölkələrdən asılılığını azaldacaq. “Bununla da Azərbaycan rəqəmsal xidmətlər idxal edən ölkədən rəqəmsal xidmətlər ixrac edən ölkəyə çevriləcək. Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi 1.8 milyarddan çox adamın müxtəlif rəqəmsal xidmətlərə çıxış imkanını artırmış olacaq”,- deyə müəllif qeyd edir.
Qeyd edilir ki, ümumilikdə, informasiya texnologiyalarının inkişafı istiqamətində görülən bu tədbirlər və çəkilən yeni kabellər Azərbaycanın Avropa və Asiya arasında birləşdirici mövqeyini daha da möhkəmləndirəcək: “Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif regional layihələrdə iştirak edib və təşəbbüskar rolunu oynayıb. Bu isə Azərbaycanın regionda nəqliyyat və enerji mərkəzinə çevrilməsinə imkan yaradıb. Ona görə də qeyd edilən telekommunikasiya layihələrini həyata keçirməklə Azərbaycan regional enerji və nəqliyyat mərkəzi olmaqla yanaşı regional rəqəmsal mərkəz statusunu da əldə etmiş olacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar