Xəbər lenti


Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb. 

Report” xəbər verir ki, məlumatı “newsarmenia.am” agentliyi yayıb.

Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.

Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.  



Ana səhifəyə qayıt        Baxış: 3 636          Tarix: 16-07-2020, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma