Xəbər lenti
Bu gün, 23:32
Bu gün, 23:14
Bu gün, 22:58
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
“Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”.
Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir.
Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik.
Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən əvvəl keçirdiyi məşhur müşavirədə səsləndirdiyi bir cümlə bu strukturda aparılacaq kadr islahatlarının əsl səbəbini ortaya qoyur. Xatırlayırsınızsa, diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe “kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.
Prezidentin bu sözlərini dərindən incələyəndə məsələnin təkcə “kiminsə xoşuna gəlmək” olmadığını, Azərbaycan diplomatiyasının həm də başqa ölkələrin direktivləriylə oturub durduğunu, ölkə başçısından çox xarici havadarlarını eşitdiyini anlamaq mümkündür. Bu isə elə öz milli maraqlarının xilafına gedərək, başqa dövlətlərin maraqlarına qulluq etmək, yumşaq desək, “5-ci kolonçuluq” deməkdir.
Üstəlik, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət təkcə sabiq nazirin öz erməni həmkarıyla koronavirus məsləhətləşmələriylə də bitmir. Ölkəmizi xarici dövlətlərdə təmsil edən səfirlərimiz də öz yarıtmaz fəaliyyətilə nazirdən heç də geri qalmayıblar. Bunu Prezidentin həmin iclasda dilə gətirdiyi fikirlərdən aydın sezmək mümkündür: “Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük”.
Ölkə başçısının bu fikirləri XİN-də aparılan təmizləmə əməliyyatının yaxın günlərdə səfirliklərə qədər uzanacağından xəbər verir. Hakimiyyət dairələrindən aldığımız məlumatlar da bu ehtimalı qüvvətləndirir.
Məlumata görə, yaxın günlərdə nazirlikdə başlayacağı gözlənən kadr islahatlarında əsasən Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən Azərbaycanın “FETÖ”-sü adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb, bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm.
Bunlardan diqqətimizi ən çəkəni isə Nəcəfov qardaşlarıdır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub əhd bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir. Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış. Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir.
Nəcəfovların sonbeşiyi Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında üzqızardıcı ittihamlar irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk.
Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O, 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki, bu 2 ildə ona təkcə diplomatiyanın sirləri də öyrədilməyib. Həm də Azərbaycandakı “5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu qeyd edilir.
Murad Nəcəfbəylinin böyük qardaşı Hüseyn Nəcəfov isə bu yolu qardaşından xeyli il əvvəl keçib. Qardaşların “5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb. İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyinə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində ikinci və birinci katib vəzifəsinə yüksəlib.
Hüseyn Nəcəfovun əsl yüksəlişi isə Elmar Məmmədyarovun nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “qara qutusu” sayılan Ümumi Katibliyin rəisi vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək diplomatik ünvanla təltif olunur. Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir.
Nəcəfovların digər qardaşı Eldar Nizami oğlu Nəcəfov hazırda XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq, bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir.
Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: “Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyik, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.
Elçin Qurbanov
P.S. Mehdiyev-Həsənov şəbəkəsinin digər diplomatları barədə daha sonrakı yazılarımızda tanış olacaqsınız.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar