Xəbər lenti

 
 
“Dünya dəyişib, regionun güclü dövlətləri bölgədə öz rollarını artırmaq çalışırlar, bu, qlobal geosiyasi dəyişikliklərin nəticəsidir”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimləri qiymətləndirərkən bildirib.
 
O, 3 erməni telekanalına müsahibəsində deyib ki, bu gün də və 10-15 il əvvəl də Türkiyənin iddiaları əhəmiyyətli dərəcədə dəyişilməyib və bu amillə hesablaşmaq lazımdır.
 
"Bu, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını təklif edənlərə, RF səfirliyi qarşısında mitinq keçirənlərə ciddi mesajdır. Bu gün həmin adamlar nəinki ayılmalıdırlar, həm də başa düşməlidirlər ki, bu, nə ilə bağlıdır və Rusiyanın hərbi bazası ölkəmizdə olmasa, bu, Ermənistan üçün hansı nəticələrə gətirib çıxara bilər. Türkiyənin NATO-da güclü imkanları olan çox böyük ordusu var".
 
Türkiyənin Naxçıvanda misli görünməmiş təlimlər keçirməsi və orada çoxlu sayda hərbçilər yerləşdirməsi barədə suala cavabda Koçaryan bildirib ki, bu, şübhəsiz, güc nümayişidir və belə halların mümkün olub-olmaması barədə xəbərdarlıq ehtiva edir.
 
"Bu cür genişmiqyaslı təlimlər yalnız təlimlər naminə keçirilmir, həm regionun bütün ölkələrinə ciddi siyasi mesajlar verir. Hesab etmirəm ki, bu təlimlər hərbi müdaxiləyə çevrilə bilər, amma bizə belə bir ssenarinin mümkün olduğunu çatdırırlar", - deyə Koçaryan bildirib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 7 836          Tarix: 30-07-2020, 08:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma